Tarix: 28 Fevral 2020 00:22
Moskvada keçirilən şahmat üzrə “Aeroflot Open 2020” turnirinə yekun vurulub. Qol.az xəbər verir ki, yarışın sonuncu turunda birinci yer uğrunda oyun iki azərbaycanlı şahmatçı - Rauf Məmmədov və Aydın Süleymanlı arasında olub.
Qarşılaşma heç-heçə bitib. A turnirində 9 turdan 6,5 xal toplayan 14 yaşlı Aydın Süleymanlı festivalın qalibi olub. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə üçüncü yeri tutub. A turnirində digər şahmatçımız Vüqar Əsədli 6 xalla altıncı pillədə qərarlaşıb.