Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cüzeppe Rossi karyerasını bərpa etdi

Cüzeppe Rossi karyerasını bərpa etdi

Tarix: 28 Fevral 2020 12:14

İtaliya millisinin sabiq hücumçusu Cüzeppe Rossi il yarımlıq fasilədən sonra karyerasını bərpa edib.

Qol.az xəbər verir ki, 33 yaşlı forvard ABŞ-da çıxış edəcək. Bu ölkənin mətbuatı Rossinin MLS təmsilçisi "Real Solt-Leyk"lə müqavilə bağladığını yazıb.

ABŞ-da anadan olan Rossi artıq yeni komandasının düşərgəsinə qoşulub. O, 2018-ci ilin yayında "Cenoa"dan ayrıldıqdan klubsuz idi.

Qeyd edək ki, Cüzeppe Rossi karyerası ərzində “Mançester Yunayted”, Nyukasl”, “Fiorentina”, “Vilyareal”, “Selta” və “Parma”da da çıxış edib. O, İtaliya yığmasının heyətində 30 oyuna 7 qol vurub.
 


Etiketlər:  Cüzeppe Rossi karyerasını bərpa etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ