Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır

2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır

Tarix: 28 Fevral 2020 17:50

"2020-ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin sonuncu, dördüncü komponentinin 92 faizi başa çatıb:

"Bu ilin sonunadək Trans-Adriatik qaz kəməri layihəsinin başa çatması planlaşdırılır".

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.

Cənub Qaz Dəhlizinə "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Milli.Az


Etiketlər:  2020 ci ildə Cənub Qaz Dəhlizi çərçivəsində sonuncu layihənin başa çatması planlaşdırılır


RƏYLƏR