Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 18:00
Bu gün ölkədə aşkarlanan ilk koronavirus xəstəsi 1997-ci il təvəlüdlü Rusiya vətəndaşıdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.
Onun sözlərinə görə, xəstə sərhədi keçərkən məlumat verib: "Xəstə dərhal nəzarətə götürülüb. Hazırda karantində saxlanılır. Vəziyyəti stabildir, ağırlaşma yoxdur. Artıq xəstədən müavinələr olunub. Analizlər götürülüb. Həmin xəstə xüsusi boks şəraitində saxlanılır".