Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar - Alessandra Todde

Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar - Alessandra Todde

Tarix: 28 Fevral 2020 19:56

Cənub Qaz Dəhlizinin başlanma nöqtəsi Azərbaycandırsa, onun bitmə nöqtəsi isə hələlik İtaliyadır. Azərbaycan və İtaliya aralarında 5 ölkəni birləşdirən bu dəhlizin mühüm tərəfləridir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İtaliyanın İqtisadi İnkişaf Nazirliyində Dövlət Katibi xanım Alessandra Todde Cənub Qaz Dəhlizi Məşvərət Şurasının altıncı iclası zamanı deyib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi, xüsusilə də TAP Azərbaycan-İtaliya dostluğunun təzahürü, enerji əməkdaşlığının zirvəsidir. Azərbaycan və İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar.

Todde Qeyd edib ki, Azərbaycan Prezidentinin bu günlərdə İtaliyaya dövlət səfərində TAP layihəsinə, onun regional və qlobal əhəmiyyətinə yüksək səviyyədə verilən qiymətin şahidi olduq. İtaliya Prezidentinin Sercio Mattarella TAP-ın icrasının sürətlənməsinə xüsusi dəstək ifadə edir. TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, TAP İtaliya ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına, həmçinin Xəzər dənizi və Aralıq dənizi regionlarında sabitliyin qorunmasına töhfə verəcək.

Milli.Az


Etiketlər:  Azərbaycan İtaliya təbii qazın nəqli ilə aparıcı ölkələr arasında qərarlaşacaqlar Alessandra Todde


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ