Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya koronavirusla mübarizədə strategiyasını dəyişir

İtaliya koronavirusla mübarizədə strategiyasını dəyişir

Tarix: 29 Fevral 2020 06:32

Çinin Uxan şəhərindən başlayıb dünyanı təşvişə salan koronavirus təhlükəsi Avropada ən çox İtaliyanı iflic halına salıb. Ən son məlumatlara əsasən, bu ölkədə 650 yoluxma və 17 ölüm, habelə mindən çox yoluxma ehtimalı var.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bütün bu hadisələr ölkə iqtisadiyyatına ağır zərbə vurur. İtaliyanın əsas turistik istiqamətləri olan Milan, Venesiya və hətta Romanın özündə belə turistlərin sayında ciddi azalma var. Bir çox aparıcı ölkələr İtaliyanın şimalı ilə birbaşa əlaqələrini dayandırıb. Milan Fond Birjası indiyədək olan ən böyük enişini yaşayır. Məktəblər və ali təhsil müəssisələri bağlanıb.

Hazırda İtaliya hökuməti vəziyyətdən çıxış yollarını axtarır. Bu fonda mərkəzi hökumət çaxnaşmanı aradan qaldırmaq və ölkənin zəifləmiş iqtisadiyyatını qorumaq üçün səhiyyə böhranını idarə etmək strategiyasında köklü dəyişiklik edilməsinə çalışır. Bu məqsədə çatmağın böyük üstünlüyü, ölkə daxilində və xaricində elmi ictimaiyyət ilə razılaşdırılmış müsbət xarakterli məlumatların yayılması və insanları sakitliyə səsləməkdir.

Romada xarici müxbirlərlə fevralın 28-də keçirdiyi görüşdə Xarici İşlər naziri Luici Di Mayo İsrail və ya Rusiya kimi bəzi ölkələrin vətəndaşlarına İtaliyaya getməməsi tövsiyəsindən şikayət edib. O deyib ki, vəziyyət nəzarət altındadır, şimaldan başqa hər yerdə məktəblərdə təhsil prosesi davam edir. Turistlər və investorlar heç nədən çəkinmədən gələ bilərlər. O deyib ki, virusun İtaliyada yayılmasında günahkar deyillər və ölkə bununla mübarizə üçün potensiala malikdir.

İtaliyanın Səhiyyə naziri Roberto Speranza və yoluxucu xəstəliklər mərkəzi olan "Spalanzani" xəstəxanasının direktoru Cüzeppe İppolito bildiriblər ki, koronavirusa yoluxmuş 45 nəfər artıq müalicə olunub. İtaliyanın bundan sonra da "COVID-19" simptomları olan insanlarda testlər keçirəcəyi də vurğulanıb.


Etiketlər:  İtaliya koronavirusla mübarizədə strategiyasını dəyişir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ