Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır” – Marko van Basten

“Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır” – Marko van Basten

Tarix: 29 Fevral 2020 09:44

Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten Kriştiano Ronaldo – Lionel Messi müzakirəsinə qoşulub.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, Ronaldonun əla oyunçu oldunu bildirsə də, Lionel Messini daha üstün tutub:

“Kim ki, Ronaldonun Messidən güclü olduğunu iddia edirsə, deməli, ya futboldan başı çıxmır, ya da səmimi deyil. Messi qeyri-adi və təkrarolunmazdır. Belə futbolçular 50, 100 ildə bir yetişirlər. O, dahi kimi doğulub. Mən 28 yaşımda futbol oynamağı bitirdim. O vaxta kimi 3 “Qızıl top” qazanmışdım. Ronaldo və Messinin səviyyəsinə baxın. Yaşlar 30-u keçib”.

 


Etiketlər:  Ronaldonun Messidən güclü olduğunu deyənlərin futboldan başı çıxmır Marko Basten


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ