Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 10:30
İngiltərə Futbol Assosiasiyası (İFA) “Lids”in qapıçısı Kiko Kasilyaya ağır cəza tətbiq edib.
Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, buna onun “Çarlton”la ötən ilin sentabrında keçirilən matçda rəqib oyunçu Conatan Lekonun ünvanına irqçi təhqir səsləndirməsi səbəb olub. İFA bununla bağlı araşdırmaya noyabrda başlayıb, qərar isə bugünlərdə çıxarılıb.
33 yaşlı qolkiper 8 oyunluq diskvalifikasiyaya məruz qalıb və 60 min funt məbləğində cərimələnib. Beləliklə, “Real”ın yetirməsi yaşıl meydanlara apreldə tez olmayaraq dönə bilməyəcək.