Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 23:32
http://matc.az/news.php?id=18964
"Fənərbağça" yenə xal itirdi
29 Fevral 2020, 23:14FUTBOL
Futbol üzrə Türkiyə Super Liqasında 24-cü turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, şənbə günü daha üç görüş baş tutub.
Son turda doğma azarkeşləri qarşısında "Qalatasaray"a məğlub olan "Fənərbağça" bu dəfə çətin "Antalyaspor" səfərinə yollanıb. İstanbul təmsilçisi bu oyunda da xal itirib.
"Konyaspor" - "Kasımpaşa" matçlarında qapılara qol vurulmayıb.
"Trabzonspor" isə "Rizəspor"la qarşılaşmada darmadağına imza atıb.
Türkiyə Super Liqası
24-cü tur
28 fevral
Alanyaspor - Beşiktaş 1:2
Qol: J.Fernandes, 37 - B.Yılmaz, 70; 86-pen.
29 fevral
Konyaspor - Kasımpaşa 0:0
Trabzonspor - Rizəspor 5:2
Qol: Da Kosta, 65. Ekuban, 71. Sosa, 77-pen. Nvakaeme, 86. Ndiaye, 90+7 - Melnyak, 36. Şkoda, 90+5-pen.
Antalyaspor - Fənərbağça 2:2
Qol: Amilton, 52. H.Özmert, 57 - Muriqi, 35. Zayç, 90+7.
1 mart
14:30 Dənizlispor - Yeni Malatyaspor
17:00 Ankaragücü - Sivasspor
20:00 Qalatasaray - Gənclərbirliyi
2 mart
21:00 Başakşəhər - Qaziantep
21:00 Kayserispor - Göztəpə