Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Slovakiyada parlament seçkilərində səsvermə başa çatıb

Slovakiyada parlament seçkilərində səsvermə başa çatıb

Tarix: 1 Mart 2020 08:36

Slovakiyada Milli Şuraya (parlament) keçirilən seçkilərdə səsvermə yerli vaxtla saat 23:00-da başa çatıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə seçkilər və siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üzrə dövlət komissiyasından bildiriblər.

Məlumata əsasən, yerli vaxtla saat 22:00-da başa çatmalı olan səsvermə məntəqələrdən birində seçki komissiyasının üzvlərindən birinin ölümü səbəbindən 1 saat gec başa çatıb.

Bildirilir ki, səsvermə zamanı respublikanın 2926 yaşayış məntəqəsində 5998 seçki məntəqəsi fəaliyyət göstərib.

Seçkilərdə 23 partiya və 1 partiya koalisiyası iştirak edir. Seçkilərin rəsmi nəticələrinin bu gün bəyan ediləcəyi gözlənilir.

Qeyd edək ki, təxminən 5,4 milyon əhalisi olan Slovakiyada 4 445 000 vətəndaş səsvermə hüququna malikdir.


Etiketlər:  Slovakiyada parlament seçkilərində səsvermə başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ