Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünya futbolunun diqqəti Madriddə

Dünya futbolunun diqqəti Madriddə

Tarix: 1 Mart 2020 10:18

Bu gün La Liqada 26-cı turun oyunları davam etdiriləcək.

Qol.az xəbər verir ki, mərkəzi matç Madriddə keçiriləcək. “El-Klassiko”da “Real” “Barselona”nı qəbul edəcək. Bakı vaxtı ilə 00.00-da başlanacaq görüşü Mateu Laos idarə edəcək.

Qeyd edək ki, bu oyunu əhəmiyyəti təkcə iki əzəli rəqibin qarşılaşması deyil. Oyun həm də turnir cədvəlində qonşu olan liderlərin görüşüdür. 

“Barselona” 25 oyundan 55 xalla birinci, “Real” 53 xalla ikici yeri tutur. Liderliyini qorumaq baxımından kataloniyalılara hec-heçə də sərf edir, madridlilər isə birinci yerə yüksəlmək üçün mütləq qələbə qazanmalıdır. 

 


Etiketlər:  Dünya futbolunun diqqəti Madriddə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ