Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Donor qanı kofein və dərmanlarla kirlənmiş olur - ŞOK ARAŞDIRMA

Donor qanı kofein və dərmanlarla kirlənmiş olur - ŞOK ARAŞDIRMA

Tarix: 2 Mart 2020 07:24

Alimlər insanlara köçürülən donor qanlarını yoxlayıblar. Adətən donor qanları ciddi xəstəliklər, infeksiyalara görə yoxlanılır. Amma normal donorluq üçün ayrılan qanda çirkləndirici maddələr, kofein, antidepressant, antibiotik, öskürək dərmanlarının qalıqları tapılıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, ABŞ alimləri 18 partiya təmizlənmiş plazmanı qan bankından nümunə götürüb analiz ediblər. 

Nəticələr göstərib ki,qan zərdablarında 90% kofein, 72% müxtəlif psixotrop dərman qalıqları, 44%-də isə dekstrometorfan - öskürək dərmanın izləri aşkarlanıb.
 
Qanda kofeinin olması təsadüfi deyil, çünki insanların 60%-i qəhvə içir. 
Bu qanı xəstələrə köçürmək elə də təhlükəli deyil.

Lakin dərman birləşmələri olan qanın istifadəsi xəstələr və  müalicə həkimi üçün problem yarada bilər. Donor qanından əsas qan dövranına düşəcək bu maddələr ferment metobilizminə təsir edib, müalicəni effektsiz edə bilər.

Milli.Az


Etiketlər:  Donor qanı kofein dərmanlarla kirlənmiş olur ŞOK ARAŞDIRMA


RƏYLƏR