Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 08:56
Filippinin şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu bildirib.
Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 5:19-da qeydə alınıb. Zəlzələnin episentri Leyte vilayətinin Kapukan bələdiyyəsindən 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə olub.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələnin maqnitudası 5,5 təşkil edib.
Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.