Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Həyat yoldaşım maaşa baxan insandır, mən daha çox qazanıram''

''Həyat yoldaşım maaşa baxan insandır, mən daha çox qazanıram''

Tarix: 2 Mart 2020 13:05

Həyat yoldaşım pis qazanmır. Amma maaşa baxan insandır. Mənimlə onun qazancını tərəziyə qoysaq, mən daha çox qazanıram.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "ATV maqazin onlarla" verilişində deyib. Həyat yoldaşından danışan sənətçi ondan çox qazandığını deyib.

Fatimə ona edilən cadudan da bəh edib:

"Kiminsə evini yıxmaq üçün falçıya getməmişdim. Mənə bir rəqqasə cadu etmişdi, evimdən tapıldı. Edib ki, bu sənətdən itim".

Sənətçi "Heç məhkəmədə uduzmusan" sualına belə cavab verib. O, müğənni Xatun Əliyeva ilə yaşadığı qalmaqaldan söz açıb:

"Allah heç kimə göstərməsin ki, şərlə qarşılaşasan, vəkil tutasan. Orada ailəmə, şəxsiyyətimə, namusuma, balalarıma toxunulmuşdu. Məhkəmədə uduzmadım, qarşı tərəf boynuna almadı və məsələ bağlandı. Burada heç kim udmadı, sadəcə, baxılmadı. Adını çəkmirəm, hamı başa düşür. Mənə etdiklərini heç vaxt bağışlamayacam. Haqqımda dedilər ki, Fatimə xınaya 500 manata gedir. Yeri gəlir pulsuz da gedirəm".

Sonda isə Fatimə bütün suallara cavab vermədiyi üçün formata uyğun olaraq, zərfdən şəkli çıxan şairə Nazilə Səfərlidən danışıb. Onun şəklini İnstaqram səhifəsində paylaşmayacağını deyən rəqqasə aralarındakı mübahisənin səbəbini açıqlayıb:

"Bəziləri danışığını bilmirlər. Özlərini elə qələmə verirlər ki, guya mələkdirlər. İşinizin xətrinə kimisə kiminsə yanında aşağı salmayın. Şəkli çıxan insan haqda yaxşı fikirlərim olub. Onun haqqımda son dediklərindən sonra qərara gəldim ki, elə insan tanımıram".

Qeyd edək ki, Nazilə Fatimənin ünvanına "Yenə o bağa yığışaraq siz qeybət edərdiniz. Köməkçiləriniz də onu mənə çatdırardı" sözlərini söyləyib.


Etiketlər:  Həyat yoldaşım maaşa baxan insandır mən daha çox qazanıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ