Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pit Buttiçiç 2020-ci ilin prezident yürüşlərindən çıxdığını elan edib

Pit Buttiçiç 2020-ci ilin prezident yürüşlərindən çıxdığını elan edib

Tarix: 2 Mart 2020 23:26

Saut-Bend şəhərinin sabiq meri və 2020-ci ildə ABŞ-da prezident seçkilərində Demokratlar Partiyasının nominasiyasına iddiaçılardan biri Pit Buttiçiç Cənubi Karolinada Co Baydenə və Berni Sandersə uduzduğu praymerizin xoşagəlməz nəticəsindən sonra kampaniyasının başa çatdığını elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Buttiçiç öz kampaniyası gedişində milyonlarla seçicinin dəstəyini qazanıb. Buttiçiç bir o qədər də tanınan siyasətçi olmasa da, seçkiqabağı kampaniyası gedişində böyük uğurlar əldə edib və bu ilin fevralında Ayovada keçirilmiş praymerizdə daha təcrübəli demokratları qabaqlayıb.

Buttiçiç ABŞ-ın sabiq prezidenti Cimmi Karterlə görüşündən və Alabamada vətəndaş hüquqları uğrunda hərəkatla əlaqədar bayram tədbirlərində iştirakından sonra kampaniyasını bitirmək barədə qərar qəbul edib.

Milli.Az


Etiketlər:  Buttiçiç 2020 ilin prezident yürüşlərindən çıxdığını elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ