Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İndiyə kimi gördüyüm ən böyük təlxəksən'' - ''İnter''in prezidentindən sərt sözlər

''İndiyə kimi gördüyüm ən böyük təlxəksən'' - ''İnter''in prezidentindən sərt sözlər

Tarix: 3 Mart 2020 11:20

"İnter prezidenti Stiven Çjan  A Seriyasının rəhbəri Paolo Dal Pinonun koronavirusdan  mübarizə metodunu tənqid edib.

Qol.az xəbər verir ki, bu barədə o, özünün "İnstaqram" səhifəsində yazıb. Ölkə çempionatındakı "Yuventus"la oyunlarının koronavirus səbəbindən qarşıdakı tarixlərdən birində oynanılamasına narazı olan klub rəhbəri Dal Pino haqda yazıb:

"Təqvimlə oynayın və hər zaman insanların sağlamlığını ikinci planda saxlayın. Yəqin ki, indiyə kimi gördüyüm ən böyük təlxəksən. 24 saat, 48 saat,7 gün və ya başqa bir tarix? Növbəti addımınız nə olacaq? İndi idmandan və ədalətli rəqabətdən danışırsınız? Oyunçularımızı və məşqçilərimizi qorumayıb, onlardan gündə 24 saat, həftədə 7 gün fasiləsiz oynamağımızı istəyirsiniz? Bəli, bunları sizə deyirəm, Paolo Dal Pino. Utan!  Dünyadakı hər kəs, "İnter"i  və ya "Yuventus" u dəstəkləməsindən asılı olmayaraq, təhlükəsiz olmalıdır. Xahiş edirəm! Bu, sizin üçün, ailəniz və cəmiyyətimiz üçün ən vacib şeydir".

 


Etiketlər:  İndiyə kimi gördüyüm böyük təlxəksən İnterin prezidentindən sərt sözlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ