Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 15:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sofiya şəhərində Yunanıstan liderinin də iştirakı ilə planlaşdırılan üçtərəfli zirvə görüşündə iştirak etməkdən imtina edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ərdoğanın zirvə görüşündən imtina etməsinə səbəb Yunanıstanın sərhəddə qaçqınlara qarşı nümayiş etdirdiyi sərt mövqe olub.
Bolqarıstanın Baş naziri Boyko Borisov Sofiya şəhərində cümə günü Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin iştirakı ilə üçtərəfli zirvə görüşünün keçirilməsinin planlaşdırıldığını, lakin sərhəddə yunan əsgərlərin vurduğu iki qaçqının həyatını itirməsi səbəbindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Miçotakislə eyni masa arxasında oturmaq arzusunda olmadığını qeyd edib.