Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 14:00
“Liverpul” Çempionlar Liqasının finalında “Tottenhem”lə keçiriləcək oyun üçün UEFA-nın onlar üçün ayırdığı bilet sayından narazıdır.
Qol.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
UEFA Madriddə yerləşən 67 min 829 nəfərlik tutumu olan “Vanda Metropolitano” stadionunda keçiriləcək həlledici oyunu üçün “Liverpul”a 16 min 613 bilet ayırıb. "Liverpul”un icraçı direktoru Piter Murun gələn həftə UEFA-nın prezidenti Aleksandr Çeferinlə görüşərək bu məsələni müzakirə edəcəyini bildirilir.
Qeyd edək ki, “Liverpul” – “Tottenhem” matçı iyunun 1-də keçiriləcək.