Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 14:20
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Ataş Rəşidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, ötən il avqustun 29-da Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində A.Rəşidov münaqişə zəminində qonşusunu Bəxtiyar Allahverdiyevə bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib.
Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin