Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Motorola-nın 3 yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum oldu

Motorola-nın 3 yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum oldu

Tarix: 3 Mart 2020 21:12

Yaxın müddət ərzində Motorola şirkəti 3 yeni smartfon modelinin təqdimatını keçirtməlidir. Həmin smartfonlar barəsində məlumatlar 1 aydır ki, ortaya çıxırlar. İndi isə Mishaal Rahman adlı nüfuzlu insayder həmin 3 smartfon modelinin güman olunan texniki göstrici məlumatlarını əldə edib. Sonxeber.net technote.az-a istinadən bildirir ki, söhbət, Motorola Edge Plus, One Mid və G8 Power Lite adlı smartfon modellərindən gedir.

Beləliklə insayderin verdiyi məlumata əsasən Motorola Edge Plus smartfonu son 2 il ərzində Motorola şirkətinin ilk flaqman modeli olacaq. Smartfonun texniki göstəriciləri belədir: 2340x1080 piksel keyfiyyətli və kənarları əyilmiş 6.7 düym ekran, Snapdragon 865 prosessoru, 12 GB RAM və 5170 mAh enerji tutumlu batareya.

Motorola One Mid smartfonunun texniki özəllikləri: 2430x1080 piksel keyfiyytli 6.53 düym ekran, Snapdragon 675 prosessoru və 4000 mAh enerji tutumlu batareya. Motorola G8 Power Lite smartfon modelinin texniki göstəriciləri: MediaTek Helio P35 prosessoru və 5000 mAh enerji tutumlu batareya. Smartfonların nə zaman təqdim olunacaqları barəsində bir məlumat yoxdur.


Etiketlər:  Motorola nın yeni smartfon modelinin güman olunan texniki özəllikləri məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ