Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2020 21:44
Koronavirus səbəbindən Apple-ın sentyabr ayında keçiriləcək ənənəvi smartfon təqdimatı təxirə salına bilər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, iPhone-un kütləvi istehsalına əsasən yay aylarında başlanılır. Bu baxımdan da yeni modellərin təqdimatı sentyabr ayında nümayiş olunur. Bununla bağlı olaraq, şirkət tərəfindən hər il bir neçə əməkdaş Çinə ezam olunur. Lakin bu il Çində tüğyan edən koronavirus epidemiyası buna mane ola bilər. Apple rəhbərliyi işçilərin sağlamlığını təhlükə altına salmaq istəmədiklərini bildiriblər. Amerika Texnologiya nəhəngindən yayılan bu açıqlamadan dünya mediasına şirkətin ənənəvi təqdimat mərasiminin təxirə salınacağı ilə bağlı müxtəlif mülahizələr irəli sürülüb.