Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 4 Mart 2020 07:22
Böyük Britaniyada Ceyms Bondun "Ölməyə vaxt yoxdur" 25-ci filmini qeyd etmək üçün 7 kiloqramlıq qızıl sikkə buraxılacaq.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Royal Mint" (Birləşmiş Krallıqda sikkələr istehsal edən yer) 25-ci Ceyms Bond filminin xatirəsinə 7000 funt sterlinq dəyərində 7 kiloqram qızıl sikkə istehsal edib. Bu, "Royal Mint" tərəfindən indiyə qədər istehsal olunan ən yüksək nominal dəyərə malik ən böyük sikkədir.
Sikkədə BMT 216A nömrə nişanlı Aston Martin DB5-nin oyma təsviri həkk olunub. Sikkələri mart ayının ortalarından etibarən almaq mümkün olacaq.
Milli.Az