Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada azərbaycanlı biznesmen tutuldu

Rusiyada azərbaycanlı biznesmen tutuldu

Tarix: 4 Mart 2020 17:22

Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlı biznesmen tutulub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, qanunsuz olaraq siqaret alveri ilə məşğul olub.

Həmin şəxsə məxsus 2,3 milyon rubl (59,340 AZN) dəyərində 70 000-dən çox aksiz markası olmayan siqaret qutusu aşkar edilib. O, siqaret qutularını Botanika rayonunda qarajda saxlayıb.

Azərbaycan vətəndaşının 2019-cu ilin aprel ayından bu fəaliyyətlə məşğul olduğu məlum olub.

Araşdırma zamanı müəyyən edilib ki, onun satdığı siqaretlərin içərisində tütündən çox digər qarışıqlar olub. Məhsul qanunsuz şəkildə istehsal edilib.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az


Etiketlər:  Rusiyada azərbaycanlı biznesmen tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ