Tarix: 24 May 2019 16:12
“Amazon” şirkəti insan emosiyalarını müəyyənləşdirən səsli aktivasiyaya malik daşınan qurğu hazırlayır.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, layihə smartfon əlavəsinə məlumatlar göndərəcək qola taxılan qurğunu nəzərdə tutur. Mikrofonlar və xüsusi proqram təminatı ilə təchiz edilən qurğu istifadəçinin səs tonuna görə onun emosional vəziyyətini müəyyənləşdirəcək və digər insanlarla daha effektiv ünsiyyət qurmaq üçün tövsiyələr verəcək.
Məlumata görə, “Lab126” şirkəti tərəfindən ərsəyə gətirilən yeni qurğunun inkişafı ilə “Alexa” səsli köməkçi funksiyası üçün proqram təminatı hazırlayan mütəxəssislər qrupu məşğul olur.
“Dylan” kod adlı layihə hazırda beta test mərhələsindədir.
Texnologiyanın inkişafı və qurğunun kommersiya istifadəsinə verilmə müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev