Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 08:04
Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Homs və Əl Quneitra əyalətlərinə edilən hücumları dəf edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə yerli kütləvi informasiya vasitələri bildiriblər.
Sham FM radiostansiyası xəbər verib ki, hava hücumundan müdafiə qüvvələri Homs əyalətinə atılan bütün raketləri endirməyə müvəffəq olub.
Öz növbəsində, SANA agentliyi Əl Quneitra əyalətində raket hücumunun dəf edilməsi barədə məlumat verib. Bildirilib ki, hücumlar İsrail təyyarələri tərəfindən Livan hava məkanından və Qolan yüksəkliklərindən həyata keçirilib.