Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 08:56
Ukraynada son bir həftə ərzində 213 min nəfər qrip və kəskin respirator virus infeksiyasına tutulub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata əsasən, həmin xəstələrdən 64,4 faizi uşaqlardan ibarətdir. Son həftədə bu virusdan altı nəfər ölüb.
Məlumata görə, yeni epidemioloji mövsümdən Ukraynada artıq 54 nəfər dünyasını dəyişib. Artıq bu virus Ukraynada epidiomoloji normanı aşıb.