Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı

Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı: Türkiyə F-16-ları havaya qaldırıldı

Tarix: 5 Mart 2020 11:32

İdlibdə Türkiyə ordusunun "Bahar qalxanı" əməliyyatı apardığı bölgədə gərginlik yaşanıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri həyəcan siqnalı ilə havaya qaldırılıb.

Türkiyə təyyarələrinin havaya qaldırılmasına səbəb isə Rusiyaya məxsus döyüş təyyarələrinin "Bahar qalxanı" əməliyyatının aparıldığı bölgəyə yaxınlaşması olub.

Havaya qaldırılan Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcıları komandanlığın əmri əsasında Suriya sərhədi boyu bir müddət uçuş həyata keçirib.

Rusiyaya məxsus döyüş təyyarələrinin əməliyyat bölgəsindən uzaqlaşmasından sonra gərginlik sona çatıb.


Etiketlər:  Rusiya təyyarələri əməliyyat bölgəsinə yaxınlaşdı Türkiyə ları havaya qaldırıldı


RƏYLƏR