Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran Suriyanı necə ələ keçirir? - ŞƏRH

İran Suriyanı necə ələ keçirir? - ŞƏRH

Tarix: 5 Mart 2020 12:04

"İran Suriyada təsir imkanlarını artırmaq və siyasi, hərbi, habelə iqtisadi mövcudiyyətini gücləndirmək üçün "yumşaq ilhaq" taktikasını seçib. İraqda və Yəməndə uğurla sınanmış bu taktika Suriya iqtisadiyyatının və sənayesinin təxminən 43 faizini, silahlı qüvvələrininsə 21 faizini tam nəzarət altına almış İranın bu dəfə təhsil sistemində yerini möhkəmlətməyə çalışdığını göstərir".

Sonxeber.net xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Onun sözlərinə görə, taktikanın ilk mərhələsində Suriyada məhz İranın maraqlarını təbliğ və müdafiə edəcək pedaqoji kadrların yaradılması nəzərdə tutulmuşdu:

"Bunun üçün Suriyada "Tərbiyətun mudarris" adlı sistem yaradılıb ki, onun dayaqları belədir: Müəllimlər hazırlayan pedaqoji kurslar, "Əl Mustafa", kursları, "Əl Fərabi" kursları, "Azad əl İslamiyyə" kursları və İslam Məzhəbləri Universiteti.

Sadaladığım kurslar həm də universitetlərdir. Beləliklə, hazırda Suriyada İranın tam nəzarətində olan, pedaqoji heyətinin 93 faizi İran vətəndaşlarından ibarət, maliyyələşdirilməsi və təminatı bütünlüklə Tehrandan həyata keçirilən 5 universitet fəaliyyət göstərir. Tehranın məqsədi Suriyada cəmiyyət üzərində strateji nəzarətə nail olmaq, İranın rəsmi ideologiyası olan "vilayəti fəqih"i yaymaq, İrana loyal alt yapı formalaşdırmaqdır. Suriyalılar buna "icraati ramiyyati" deyirlər".

Elçin Alıoğlu qeyd edib ki, ali təhsillə yanaşı, orta ümumtəhsil və məktəbəqədər tərbiyə seqmentləri də unudulmayıb:

"Belə ki, son 4 ildə sadəcə, paytaxt Dəməşqdə İran 40 özəl məktəb inşa edib. Suriyanın fərqli vilayətlərində isə İran 10 Şəriət liseyi inşa edərək istifadəyə verib. Həmin məktəblərin və liseylərin üzərində İran bayrağı dalğalanır. Bu liseyləri bitirənlərə ""özəl imtiyaz" qismində İrandakı universitetlərdə dövlət hesabına təhsil almaq imkanları yaradılır.

Latakiya bölgəsində 2006-cı ildə Rəsul əl-Əzəm məscidi inşa olunub: məscidin axundu iranlıdır və burada cümə namazlarında mütləq şəkildə "Suriyanın hamisi, nicatı və dayağı İrandır" fikri refren kimi səsləndirilir. Hazırda Suriyada İranın tam nəzarətində 7 məscid, 50 dərsxana, 49 "İslam tədqiqatları kursu", 69 "dini hövzə" və 502 "Hüsniyyə" fəaliyyət göstərir. "Fars dilini sevənlər" ("Mühəbbil lüğətil farisiyyə") adlı 68 kurs fəaliyyət göstərir ki, bu dil kurslarının yaradılmasında başlıca məqsəd fars dilini Suriyada yaymaqdır".

Jurnalist bildirib ki, bu strukturların heç birinə Suriyanın hər hansı dövlət qurumu nəzarət etmir, onların fəaliyyətlərinə Dəməşqin müdaxiləsi "müstəqillin vədunətun" prinsipinə uyğun olaraq birmənalı olaraq istisnadır:

"Həmin strukturların hamısı İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin tabeçiliyindədir. Ən nəhayət, İranın Suriyada hərbi əməliyyatlarda iştirak edən silahlı strukturları olan "Hüseyniyyun", "Fatimiyyun", "Zeynəbiyyun" və "Qods2 dəstələrinin zabitləri sadaladığım universitetlərlə kurslarda suriyalı şagirdlərlə tələbələrə ilkin hərbi hazırlıq dərsləri də keçirlər".


Etiketlər:  İran Suriyanı necə ələ keçirir ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ