Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 13:46
Strasburq-Paris qatarının relsdən çıxması nəticəsində 21 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Qrand-Est regionunun prefekturasından bildirilib.
"Europe1" radiostansiyası xəbər verir ki, bu gün səhər Strasburqdan Parisə gedən qatarın elektrovozu və bir neçə vaqonu relsdən çıxıb. Nəticədə, maşinist də daxil olmaqla, 20-dən artıq insan yaralanıb.
Qatarda 348 sərnişin olub.
Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.