Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meksikada zəhər dolu iki vaqon relsdən çıxdı

Meksikada zəhər dolu iki vaqon relsdən çıxdı

Tarix: 5 Mart 2020 14:16

Meksikanın Puebla ştatında qatar qəzası baş verib.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Mülki Müdafiə Milli Xidməti bildirib.

Səbəbi hələ məlum olmayan qəza nəticəsində içərisi zəhərli maddə dolu iki vaqon relsdən çıxıb. Qəzadan dərhal sonra insident baş verən əraziyə yaxın yaşayış məntəqələrinin təxliyə işlərinə başlanılıb. Hazırda əhali üçün təhlükəli bir durum olmadığı qeyd edilir. Lakin qəza baş vermiş əraziyə yaxınlaşmamaq tövsiyə edilib.

Ərazi nəzarətə götürülüb, orada müvafiq qurumların əməkdaşları tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində iş aparılır.

Milli.Az


Etiketlər:  Meksikada zəhər dolu vaqon relsdən çıxdı


RƏYLƏR