Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 20:40
İtaliya Nazirlər Şurası ölkədə koronavirusun yayılması ilə əlaqədar yeni qərar qəbul edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, qərara əsasən kütləvi tədbirlərin keçirilməsi qeyri-müəyyən müddətə ləğv edilir.
Bu müddət ərzində idman yarışları tamaşaçı olmadan keçiriləcək.
Kütləvi tədbirlər zamanı insanlara bir-birindən azı 1 metr məsafədə dayanmaq, görüşərkən əl sıxmamaq və qucaqlaşmamaq tövsiyə edilib.
Bundan başqa, ölkə ərazisində kino və teatr nümayişləri də təxirə salınıb.
Qeyd edək ki, İtaliyada məktəb və universitetlər də martın 15-dək bağlanıb.