Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus Tesla-nı da vurdu

Koronavirus Tesla-nı da vurdu

Tarix: 5 Mart 2020 21:16

Tesla-nın səhmləri ucuzlaşmaqda davam edir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, 2018-ci ilin martında Uolter Huanq adlı Apple mühəndisi Tesla markalı avtomobil ilə qəza keçirirərək həlak olmuşdu.
Bu hadisədən sonra avtopilot funksiyası ilə bağlı bəzi suallar ortaya çıxmağa başlayıb. Həm bu hadisə həm də koronavirus epidemiyası Tesla-nın səhmlərinin ucuzlaşmasına səbəb olub.
ABŞ-ın Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının yayımladığı hesabata görə, Huanqın 113 km/s sürətlə hərəkət edən avtomobili 101 nömrəli avtobanda şəridləri səhv salaraq iki yolu ayıran maneəyə çırpılmışdı.

Bundan başqa, dünya iqtisadiyyatını xaosa sürükləyəcək potensiala sahib koronavirusun getdikcə daha böyük təhdidə çevrilməsi Tesla-ya baha başa gəlib.

Şirkətin səhmləri 2 gündə 7,3 faiz ucuzlaşaraq 799,91 dollar dəyər itirib. Bu isə fevralın 2-dən bu yana ilk dəfə səhmlərin 800 dollardan daha ucuz olmasına gətirib çıxarıb.


Etiketlər:  Koronavirus Tesla vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ