Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 23:06
Yer üzündə bundan sonra da yeni növ xəstəlik və virusların tüğyan etməsi təkrarlanacaq və qarşıdan gələn illər insanlığın immuniteti ilə virusların mübarizə dövrü olacaq.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Kuzneçov
Koronavirusla bağlı Moskvada keçirilmiş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, yeni növ koronavirus epidemiyasının necə bitməsindən asılı olmayaraq, buna bənzər hadisələr yaxın gələcəkdə tez-tez baş verəcək. Və təhlükəlisi odur ki, nə tibb, nə dövlətlər buna hazır deyil.
"Hər belə alovlanma yenidir kimi qəbul edəcəklər, mübarizə üsullarının olmamasını da buna görə bəhanə edirlər. Nə olsun ki, yenidir. Hər yeni virus dünyanı belə iflic etməlidir? Analoji vəziyyət sabah başqa ölkədə çıxa bilər. Kim zəmanət verir ki, 2 il sonra ABŞ-da olmayacaq? O zaman biz daha böyük itkilər verə bilərik. Bu virusda Çini birinci günahkar elan etmək olmaz. Burda problem bütün insanlığın məsələsidir".