Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dudl nədir?

Dudl nədir?

Tarix: 5 Mart 2020 23:16

Texnologiyanın inkişafı ilə dilimizə daxil olan müasir sözləri öyrənməyə davam edin.

Beləliklə, dudl nədir?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Dudl bayram və ya vacib hadisə şərəfinə hazırlanmış Google axtarış çubuğunun loqosudur.

Dudllar statik variantda, animasiya, hətta mini oyunlar versiyasında təqdim olunur. Dudla tıkladığınız zaman şərəfinə hazırlanan hadisə və ya bayram haqqında məlumat görə bilərsiniz.

Dudl necə yaranıb?

Dudl (doodle) sözü ingilis dilindən "cızma-qara" kimi tərcümə olunur. İlk dudl 1998-ci ildə Lari Peyc və Sergey Brin tərəfindən hazırlanıb. Dudl nəhəng taxta fiqurunun yandırılması ilə bitən "Buring Man" festivalına özəl olaraq hazırlanıb. Google sözünün "O" hərfinin arxasına taxtadan düzəldilmiş insan fiqurunu yerləşdirmişdilər. Ondan sonra vacib tarixlər və bayramlar şərəfinə "Google"un loqotipini bəzəməyə başladılar. Sadə loqotipin dəyişiklikləri istifadəçiləri təəccübləndirdi. O vaxtdan bu yana 2000-dən çox dudl hazırlanıb və dudlların sayı getdikcə artır. İndiyə qədər hazırlanan dudllara BURADAN baxa bilərsiniz.

Dudler kimdir?

Dudl hazırlayan insanlara dudler deyirlər. Google şirkətinin də hazırda yalnız dudlların dizaynı ilə məşğul olan mütəxəssislərdən ibarət şöbəsi var. Dudl mütəxəssisləri ölkələrə görə bölünür: ABŞ üzrə ayrı, Rusiya üzrə isə ayrı dudlerlər mövcuddur. Dudlerləri veb-dizayner adlandırsaq, daha düzgün olar, axı onların işi birbaşa veb-dizaynla əlaqəlidir.


Etiketlər:  Dudl nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ