Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 08:54
Fransanın Milli Assambleyasının (parlament) deputatında yeni növ COVİD-19 koronavirusu aşkar edilib.
Trend-in "France Bleu" radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə parlamentin spikeri Rişar Ferran məlumat verib.
Deputatın həmkarlarının sözlərinə görə, 68 yaşlı Jan-Lyuk Reytser Müliz şəhərində xəstəxanaya yerləşdirilib. Son dəfə o parlamentin iclasında fevralın 25-i iştirak edib.
Son məlumata əsasən, Fransada yeni növ koronavirusa 420 nəfər yoluxub, onlardan 7 nəfəri ölüb.