Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''OPEC+'' məsləhətləşmələri nəticəsiz başa çatıb

''OPEC+'' məsləhətləşmələri nəticəsiz başa çatıb

Tarix: 6 Mart 2020 22:32

Vyanada "OPEC+" ölkələrinin nazirlərinin görüşü keçirilib.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, nazirlər neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılığa gələ bilməyiblər.

Görüşdən sonra yayılan bəyanatda neftin qiymətini sabitləşdirmək üçün hasilatçı ölkələr arasında Əməkdaşlıq haqqında Nizamnamə çərçivəsində məsləhətləşmələrin davam etdiriləcəyi bildirilib.

Daha əvvəl OPEC neft hasilatının gündəlik daha 1,5 milyon barrel azaldılması və mövcud sazişin müddətinin ilin sonuna qədər uzadılması ilə bağlı təkliflə çıxış edib. Təklifə əsasən, həmin həcmin bir milyon barreli OPEC ölkələri, yarım milyon barreli isə qeyri-OPEC ölkələri tərəfindən ixtisar edilməli idi.

OPEK+ razılaşmasının yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsi bazar şərtlərini, neft hasilatını və digər məsələləri təhlil etməyə davam edəcək, həmçinin alyans ölkələrinə tövsiyələr vermək səlahiyyətlərini saxlayacaq.


Etiketlər:  OPEC məsləhətləşmələri nəticəsiz başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ