Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 07:46
Paraqvayın Baş Prokurorluğu futbolçu Ronaldinyonun həbsi üçün order verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ölkənin Baş Prokurorluğunun "Twitter" səhifəsində deyilir: "Ronaldinyo saxta şəxsiyyət vəsiqəsindən istifadə etməkdə ittiham olunur, Baş Prokurorluq onun həbsinə dair order verib və ilkin həbsini tələb edib".
Martın 4-də Paraqvayda Ronaldinyo və qardaşı Robertonun yerləşdikləri otel nömrəsində axatrış keçirilərkən futbolçunun və qardaşınn adına saxta pasportlar aşkar edilib. Martın 7-də Ronaldinyo prokurorluqda ifadə verib.
Bildirilir ki, 2018-ci ildə Ronaldinyo vergilərin ödənilməməsi səbəbindən xarici pasportdan məhrum edilib.