Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 08:54
2020-ci ildə Tokioda keçirilməli olan Yay Olimpiya Oyunlarının ləğvi Yaponiya iqtisadiyyatına təxminən 7.8 trilyon ienə (cari məzənnə üzrə 74.2 milyard dollar) başa gələcək.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə "Kyodo" agentliyi xəbər yayıb.
Yaponiyanın "Nikko Securities" maliyyə şirkətinin məlumatına görə, olimpiadanın koronavirusun yayılması təhlükəsi səbəbindən ləğv edilməsi ölkənin ümumi daxili məhsulunun artımını illik hesablamada 1.4 faiz azaldacaq. Maliyyə şirkətinin hesablamalarına görə 2020-ci ildə yapon korporasiyalarının gəlirləri 24.4 faiz düşəcək.
2019-cu ildə Yaponiyanın ÜDM-i təxminən 5,15 trilyon dollar təşkil edib.
Oyunlar koronavirusun yayılmasının cari ilin iyul ayına qədər tamamilə dayandırıla bilməyəcəyi təqdirdə ləğv ediləcək.