Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalmaqallı hakim faciəli şəkildə öldü

Qalmaqallı hakim faciəli şəkildə öldü

Tarix: 7 Mart 2020 11:28

İtaliyalı futbol hakimi Antonio Martinyello qatarın təkərləri altına düşərək faciəli şəkildə həlak olub.

Qol.az “ll Resto del Carlino” saytlna istinadən yazır ki, hadisə İtaliyanın şərqindəki Porto-Potensa-Piçena adlı kənddə baş verib. Martinyello keçmiş sevgilisini təqib etmək ittihamına görə ev həbsində olub. O, elektron qolbağı taxmalı olduğu halda, qaydanı pozub.

Polis dərhal hadisə yerinə gələrək hakimi tutmağa çalışıb. Amma o, evdən qaçmağı bacarıb. Sonra isə bədbəxt hadisə yaşanıb.

Qeyd edək ki, ötən ay adıçəkilən referi Regionlar liqasının matçında qapıçını kəllə ilə vurduğu üçün futboldan uzaqlaşdırılmışdı.

 


Etiketlər:  Qalmaqallı hakim faciəli şəkildə öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ