Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 12:30
İtaliyada yayılan Koronavirusa görə A seriyasının bəzi matçları azarkeşlərsiz keçirilir.
Qol.az xəbər verir ki, “Calcio e Finanza” nəşri bu səbəbdən maddi itkiləri hesablayıb. Ümumən klublara 28,6 milyon avro zərər dəyib. Ən çox zərər çəkən “Yuventus” olub – 12,3 miyon avro. “Milan” ikinci (3,4 milyon avro), “İnter” üçüncü (2,7 milyon avro) yeri tutur.
Azarkeşlərin bilet və abonementə görə ödədiyi pullar hamısı geri qaytarılacaq.