Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 14:24
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) matçını təxirə sala bilər.
"L'Equipe"ə xəbər verir ki, martın 11-ə planlaşdırılan qarşılaşmanın bir həftə müddətinə irəli çəkilmə ehtimalı nəzərdən keçirilir. Görüş Parisdə olmalı idi, lakin Fransada koronavirusun yayılmasına görə idman tədbirlərinin ləğvinə və təxirə salınmasına başlanılıb. UEFA matçı koronavirusun çox yayılmadığı başqa bölgəyə və ölkəyə köçürə də bilər. Komandalar arasında Almaniyadakı görüş Paris klubunun 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, daha öncə Fransa çempionatında "Strasburq" - PSJ matçı qeyri-müəyyən müddətə təxirə salınıb.
Xatırladaq ki, Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb (report).