Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 10:40
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikanın bütün rayonlarında "Təbiət könüllüsü, yaz əkininə sən də qoşul" devizi altında yaz ağacəkmə aksiyaları davam etdirilir.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, martın 7-də nazirliyin kollektivi rəhbərliklə birgə Cəngidə 2 hektar ərazidə 2000-ə yaxın müxtəlif cinsli ağac əkib.
Martın 6-da isə Şabran rayonu ərazisində 3 hektarda 2000-dən çox şam ağaçı əkilib.
Mövsümün sonunadək davamlı olaraq ağacəkmə aksiyaları bütün rayonlarda keçiriləcək və hər həftə ağac əkinləri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Nazirlik sözçüsü qeyd edib ki, bir həftə ərzində respublika üzrə ümumilikdə 80 hektar ərazidə 94 620 ədəd müxtəlif meyvə və meşə cinsli ağac əkilib, 4 349 hektar seyrək ərazidə isə bərpa işləri aparılaraq 113 mindən çox müxtəlif cinsli ağac və kol bitkiləri salınıb.
Ağac əkilən sahələrin böyük hissəsinə damcılı suvarma sistemi çəkilib.