Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 11:20
Serbiya ölkəyə keçmək istəyən miqrantlar üçün sərhədlərini bağlayır.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç bu addımı milli təhlükəsizliyin qorunması baxımından labüd hesab etdiklərini deyib. Bununla bağlı ölkə başçısı qoşun rəhbərliyinə, Daxili İşlər Nazirliyinə və Təhlükəsizlik üzrə Agentliyə müvafiq göstərişlər verib.
Lakin Prezident hər hansı bir xaosun yaşanmayacağına ümidvar olduğunu da açıqlayıb. "Serbiya qaçqınlara humanist yanaşır, lakin ölkə bunun üçün qurbanlar verməyə hazır deyil", - deyə A.Vuçiç əlavə edib.
Qeyd edək ki, kifayət qədər strateji mövqedə yerləşən Serbiya Xorvatiya və Macarıstan ilə həmsərhəddir. Hazırda ölkədə 6000 qaçqın var.