Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 12:40
Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Tayfun" qırıcıları ölkənin maraq dairəsi zonasına daxil olan Rusiyanın Tu-142 təyyarələrini müşayiət etmək məqsədilə havaya qaldırılıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələri rəsmi açıqlama yayıb.
"Hər an uçuşa hazır vəziyyətdə olan "Tayfun" qırıcıları Lossimut və Koninqsbikəki bazalardan havaya qaldırlıb. Bu, Britaniya hava məkanına yaxınlaşan Rusiya təyyarələrinə bir cavab addımı idi", - məlumatda qeyd olunub.
Lossimut bazasının Tvitter səhifəsində Rusiya təyyarələrinin Britaniya hava məkanını pozmadığı bildirilib.
"Skay Nyus" kanalı isə Britaniyanın iki rus təyyarəsinə görə 6 "Tayfun" və 1 "Voyager" yanacaqdaşıyan təyyarələrinin qaldırıldığını yazıb.