Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 16:34
Argentina çempionatının son turunda "Boka Xuniors" - "Gimnasiya" matçında maraqlı hadisə olub.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Boka Xuniors"un futbolçusu Karlos Teves oyun başlamazdan əvvəl rəqib komandanın baş məşqçisi, əfsanəfi futbolçu Dieqo Maradonanı öpüb. Daha sonra meydana daxil olan oyunçu fərqlənərək komandasına qələbə qazandırıb.
Karlos Teves açıqlamasında Maradonanı öpməyinin ona uğur gətirəcəyini bildiyi üçün bu hərəkəti etdiyini deyib:
"Dieqonu öpmək lazım olduğunu bilirdim. Bəzən şansı bu şəkildə axtarmağın lazım olur".
Qeyd edək ki, "Boka Xuniors" sözügedən oyunda qalib gəlməklə 34-cü dəfə Argentina çempionu adını qazanıb.