Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 18:10
Yaponiyada ötən sutka ərzində COVİD-19 koronavirusuna daha 33 nəfər yoluxub, 1 ölüm halı qeydə alınıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, ölkə ərzində ümumilikdə koronavirusa yoluxanların sayı 1189 nəfərə, ölənlərin sayı isə 14 nəfərə çatıb.
Bildirilir ki, ən çox yoluxma halları Hokkaydo adasında (104 nəfər) və Ayti prefekturasında (80 nəfər) qeydə alınıb. Tokioda 64 yoluxma halı, Osakada isə 55 yoluxma halı təsdiqlənib.