Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 19:56
Amerika Birləşmiş Ştatlarının alimləri infarktı öncədən xəbər verən cihaz hazırlayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, yaşam funksiyalarını gündə 24 saat təqib edən cihaz ürək tutmalarının qarşısını almaq məqsədilə hazırlanıb. Cihaz insanların nəfəs alıb-vermə və digər fiziki göstəricilərini də izləyəcək. Nəticədə sistem ürək tutma anını bir neçə gün öncədən xəbər verəcək.
Cihaz ABŞ-da 100 xəstə üzərində sınaqdan keçirilib. 70 yaşlı xəstələri üç ay boyunca təqib edən sistem sayəsində infarkt halları 10 gün əvvəldən aşakarlana bilib.
Araşdırmaçılar süni intellektin bu mövzuda özünü 80% doğrultduğunu söyləyiblər.