Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 20:52
Nokia şirkətinin 10 il ərzində ilk dəfə olaraq rəhbəri dəyişəcək.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda şirkət məlumat yayıb.
Məlumata görə, Nokia-nın prezidenti və baş icraçı direktoru Rajiva Suri vəzifəsini tərk edəcək: "Nokia şirkətində 25 illik fəaliyyətimdən sonra kompaniyadan gedirəm. Bu gündən sonra fərqli bir sahə ilə məşğul olacam".
Şirkətə bundan sonra kimin rəhbərlik edəcəyi də məlum olub. Yeni rəhbər Fortum enerji şirkətinin keçmiş prezidenti və icraçı direktoru Pekka Lundmark olacaq. O, şirkətdə rəsmi olaraq bu ilin 1 sentyabr ayından etibarən işə başlayacaq.