Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kainat tarixində ən güclü partlayış

Kainat tarixində ən güclü partlayış

Tarix: 8 Mart 2020 21:16

Astronomlar qalaktikalar çoxluğunda baş vermiş ən güclü partlayışın effektini müşahidə etməyə müvəffəq olublar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə AMEA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd olunub ki, hadisə Yer kürəsindən 390 milyon işıq ili məsafədə qalaktikalardan birinin mərkəzində, irihəcmli qara dəliyin yanında baş verib.

Partlayışın gücü əvvəlki oxşar rekordunu təxminən beş dəfə üstələyir. Bu partlayışın kainatın yaranmasından bu günədək baş vermiş ən güclü partlayış olduğu ehtimal olunur. Partlayış qalaktikalar çoxluğunda qalaktikalararası qazın toplaşdığı ərazidə qabarcığa bənzər iz qoyub. Hadisənin səbəbləri hələlik müəyyən olunmayıb.

Partlayış zamanı yaranmış qazın qabarcığı çoxluğun yalnız bir tərəfindən müşahidə olunur. Tədqiqatın müəllifləri güman edirlər ki, keçmiş zaman ərzində qabarcığın əks tərəfi tədricən yayılaraq yox olub.


Etiketlər:  Kainat tarixində güclü partlayış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ