Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2020 22:16
Almaniyanın Mainz Universitetinin fizikləri dünyanın ən kiçik mühərrikini istehsal ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən mühərrik yalnız bir atomdan ibarətdir.
Bu cihaz istənilən mühərrik kimi istilik enerjisini hərəkətə çevirir, yalnız bu proses çox kiçik ərazidə baş verir.
Elektromaqnit tələsinə qapılmış ion lazerlə qızdırılaraq hərəkət edir.
Tək atomlu mühərriki yaradan alimlər öz ixtiralarından necə istifadə edəcəklərini hələ bilmirlər.
Yeni ixtira sayılan mühərriklər nanorobotlar üçün yaxşı platforma ola bilər. Məsələn, tibdə nanorobotlar hansısa dərmanı lazımi toxumaya göndərmək üçün və ya xərçəng kimi təhlükəli xəstəliklə mübarizədə effektiv ola bilər.
Sinqapurdan olan alimlər isə yüksək elastikliyə malik qrafendən hazırlanan sadə nanomotoru nümayiş etdiriblər. Bildiyiniz kimi, qrafen atom qalınlığında olan karbon qatıdır. Bu material son dərəcə davamlıdır.
ClF3 molekulların atom barmaqlıqlarını xüsusi sahələrinə yerləşdirməklə, alimlər lazerin təsiri altında əyilə bilən membran yaradıblar. Beləliklə, membran mühərrikin işləyən mayesinə çevrilir.
Tədqiqatçılar yaratdıqları mühərrik insan bədənindəki xərçəng hüceyrələrini məhv edən nanorobotlarını hərəkət etdirə biləcəyinə inanırlar.